Çinli alimlər "Starlink"ə qarşı mikrodalğalı silah hazırladılar

Çinli alimlər "Starlink"ə qarşı mikrodalğalı silah hazırladılar
06.02.2026 11:20 Maraqlı

Çin SpaceX-in "Starlink" peykləri də daxil olmaqla, aşağı Yer orbitində yerləşən peyklərin fəaliyyətini poza bilən dünyanın ilk mikrodalğalı silahı — TPG1000C-ni hazırlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

Bildirilir ki, silah bir dəqiqə ərzində 20 giqavatt gücündə impuls yarada bilir.

Cihazın uzunluğu 4 metr, çəkisi isə 5 tondur. O, yük maşınına, gəmiyə, təyyarəyə və ya peykə quraşdırıla bilər. Əvvəllər analoji sistemlər fasiləsiz olaraq cəmi bir neçə saniyə işləyə bilir və texniki baxımdan daha mürəkkəb hesab olunurdu.

TPG1000C sistemi bir dəqiqə ərzində 20 QVt gücündə impuls istehsal etdiyi halda, oxşar qurğular yalnız bir neçə saniyəlik fəaliyyət göstərə bilirdi.

Daha əvvəl BMT Təhlükəsizlik Şurasında çıxış edən Çin nümayəndəsi "Starlink"i milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirmişdi.

Onun sözlərinə görə, SpaceX-in peyk sistemi hərbi kəşfiyyat məqsədləri üçün istifadə olunur.

Çin tərəfi, həmçinin 2021-ci ildə "Starlink" peyklərindən birinin Çin orbital stansiyasına təhlükəli dərəcədə yaxınlaşmasını və 2025-ci ilin dekabrında digər bir peykin parçalanması ilə bağlı hadisəni nümunə kimi göstərib.

Bundan əlavə, bəzi peyklərin “terrorçu və separatçı qruplar” tərəfindən istifadə edildiyi də iddia olunub.

Jalə Rövşən

 

XƏBƏR LENTİ
05 IYUN 2026
Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Bütün Xəbərlər