Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu!

Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu!
05.06.2026 17:05 İdman

“Formula-1” üzrə dünya çempionatının Monako Qran-prisinin ilk sərbəst yürüşündə ən sürətli nəticəni Şarl Lekler göstərib.

TodayPress TV xəbər verir ki, sessiyanın yekununda Şarl Lekler (“Ferrari”) 1:13.978 nəticə ilə birinci olub. 

Onun komanda yoldaşı, yeddiqat dünya çempionu Lyuis Hemilton ikinci yeri tutub. Üçüncü pillədə isə Maks Ferstappen (“Red Bull”) qərarlaşıb.

İlk sərbəst yürüşün nəticələri:

1. Şarl Lekler (“Ferrari”) – 1:13.978 

2. Lyuis Hemilton (“Ferrari”) – +0.226 

3. Maks Ferstappen (“Red Bull”) – +0.513 

4. Andrea Kimi Antonelli (“Mercedes”) – +0.559 

5. Corc Rassell (“Mercedes”) – +1.005 

6. Lando Norris (“McLaren”) – +1.313 

7. Nico Hulkenberg (“Audi”) – +1.365 

8. Oscar Piastri (“McLaren”) – +1.587 

9. Qabriel Bortoleto (“Audi”) – +1.772 

10. Piyer Qasli (“Alpine”) – +1.850

Qeyd edək ki, Monako Qran-prisinin növbəti sessiyaları bu gün və həftəsonu ərzində keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər