“Liverpul” əfsanəsi yeni macəraya başlayır!
“Tottenhem” klubu “Liverpul”un sabiq müdafiəçisi Endryu Robertsonun transferini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, London təmsilçisi Robertson ilə azad agent statusunda müqavilə imzalayıb.
“Tottenhem” 32 yaşlı şotlandiyalı futbolçu ilə bağlanan müqavilənin müddətini açıqlamayıb.
Robertson 2017-ci ildə “Hall Siti”dən “Liverpul”a transfer olmuşdu. O, Mersisayd təmsilçisinin heyətində iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının, həmçinin İngiltərə Kuboku və Liqa Kubokunun qalibi olub.
Təcrübəli müdafiəçi “Liverpul”la yanaşı, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkubokunu da qazanıb.
Namiq HUN