Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi
Qəbələdə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
TodayPress TV xəbər verir ki, “Sabah” klubunun futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan problem səbəbindən millinin düşərgəsini tərk edib.
Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev yığmanın heyətinə dəvət olunub.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
Komanda hazırlıq prosesi çərçivəsində iyunun 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan olan yığması ilə iki yoxlama oyunu keçirəcək.
Namiq HUN