“Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi
Madridin “Real” basketbol klubu NBA-nın Avropa layihəsinə qoşulmaqdan imtina edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu AS nəşri məlumat yayıb.
Bildirilir ki, “Real Madrid” rəhbərliyi yaxın gələcəkdə AvroLiqada çıxışını davam etdirməyi planlaşdırır və NBA-nın Avropa layihəsinə qoşulmağı nəzərdən keçirmir.
Xatırladaq ki, NBA tərəfindən Avropada yeni liqanın yaradılması layihəsinin 2027-ci ilin oktyabrında start götürməsi nəzərdə tutulur.
Yeni turnirdə həm Avropanın aparıcı basketbol klublarının, həm də iri futbol brendlərinin dəstəyi ilə yaradılacaq yeni komandaların iştirak etməsi planlaşdırılır. Potensial iştirakçılar arasında “Pari Sen-Jermen” və “Mançester Siti” ilə əlaqəli layihələrin də adı çəkilir.
Madrid təmsilçisi hələlik AvroLiqada qalmağa üstünlük verir.
Namiq HUN