Magistraturaya qəbulun II cəhdi keçiriləcək

Magistraturaya qəbulun II cəhdi keçiriləcək
13.04.2026 09:57 Elm və Təhsil

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 13 aprel saat 09:15-ə olan məlumata əsasən 13239 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 12190; rus bölməsi - 1049).

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Bütün Xəbərlər