Emin Əmrullayev həmkarları ilə əməkdaşlığı müzakirə etdi

Emin Əmrullayev həmkarları ilə əməkdaşlığı müzakirə etdi
05.02.2026 12:15 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə danışılıb. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Serbiyanın təhsil naziri Dejan Vuk Stankoviç ilə görüş çərçivəsində də iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüş zamanı isə BƏƏ və Azərbaycan arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər və bu sahələrdə əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı 11:29 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 Bütün Xəbərlər