Ekspert: “Yüksək bal toplayan abituriyentlər belə səhv seçimlər edir”

Ekspert: “Yüksək bal toplayan abituriyentlər belə səhv seçimlər edir”
29.09.2025 15:54 Elm və Təhsil

"Gənclərin düzgün ixtisas seçməməsi gələcəkdə onların əmək bazarında ciddi problemlərlə üzləşməsinə səbəb olur".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar müasir qloballaşan dünyanın tələblərinə uyğun, xüsusilə texnologiya və kompüter istiqamətli sahələrdə olan ixtisaslara üstünlük verilməlidir.

Ekspert qeyd edib ki, bəzi hallarda yüksək bal toplayan abituriyentlər belə yanlış seçimlər edir:

"Bəzi gənclər təkcə ali məktəbə qəbul olunmağı hədəfləyirlər. Amma əsas məsələ əmək bazarında mövqe tuta bilməkdir. Bunun üçün də düzgün ixtisas seçmək vacibdir".

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda bir sıra prestijli ixtisaslar üzrə təcrübə imkanları zəifdir:

"Məsələn, maşın mühəndisliyi, mexatronika və robototexnika kimi ixtisaslar dünyada çox perspektivlidir. Amma bizdə təcrübə bilikləri demək olar ki, yox səviyyəsindədir. Universitetlər mütləq laboratoriyalarla təchiz olunmalı, istehsalat və şirkətlərlə əməkdaşlıq qurmalıdır. Pedaqoji, hüquq, iqtisadiyyat və digər sahələrdə də oxşar vəziyyət mövcuddur. Müəllimlik ixtisasını bitirən məzun əlavə kurslara gedir, hüquq ixtisasını bitirən iddia ərizəsi yaza bilmir, iqtisadiyyat üzrə məzun isə işə düzəlmək üçün əlavə kurs keçməli olur. Bu, ali təhsildə təcrübə biliklərinin zəifliyinin nəticəsidir".

Ekspert, həmçinin hesab edir ki, universitet rəhbərliyi dövlət və özəl sektorla daha geniş əməkdaşlıq etməli, tələbələr bir neçə müəssisədə təcrübə keçməlidirlər:

"Beynəlxalq təcrübəyə nəzər salsaq, inkişaf etmiş ölkələrdə təcrübi biliklərə xüsusi önəm verilir. Türkiyədə universitet tibb ixtisası açmaq istəyirsə, əvvəlcə xəstəxana qurmalıdır. Bizdə də yalnız real təcrübə imkanları olan universitetlərə ixtisas açmağa icazə verilməlidir. Həmçinin tələbələr özləri də məsuliyyət daşımalıdır. Universitetdə oxuduqları dövrdə yay tətilini boş keçirməməli, mütləq özəl və ya dövlət müəssisələrində təcrübə toplamalıdırlar. Yalnız bu halda əmək bazarında rəqabətə davamlı ola bilərlər".

Ramin Nurəliyev qeyd edib ki, Azərbaycan təhsilində əsas problemlərdən biri nəzəri biliklərin üstünlük təşkil etməsi, təcrübə hazırlığının isə çox zəif olmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ekspert: “Yüksək bal toplayan abituriyentlər belə səhv seçimlər edir” — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Bütün Xəbərlər