ASCO-nun bərə gəmiləri ilə martda 3 400-dən vaqon daşınıb

ASCO-nun bərə gəmiləri ilə martda 3 400-dən vaqon daşınıb
10.04.2026 10:56 Cəmiyyət

Bu ilin mart ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri vasitəsilə 3 438 vaqon daşınıb.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 627 ədəd və yaxud 22,3 % çoxdur.

Bildirilib ki, TIR və avtotexnika daşımalarında da müsbət dinamika qeydə alınıb. Ötən ilin mart ayında 2 478 ədəd TIR və avtotexnika daşındığı halda, cari ilin müvafiq dövründə bu rəqəm 2 516-ya çatıb. Artım 38 ədəd və yaxud 1,5 % olub.

Daşımaların həcmi tonnaj ifadəsində də artıb. Belə ki, 2025-ci ilin mart ayında vaqon daşımalarının həcmi 175 697 ton təşkil edirdisə, 2026-cı ilin mart ayında bu göstərici 212 025 tona yüksəlib. Artım 36 328 ton və yaxud 20,7 % təşkil edib.

Eyni zamanda, TIR və avtotexnikanın həcmi də artaraq 64 656 tondan 67 554 tona çatıb ki, bu da 2 898 ton və ya 4,5 % artım deməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 Bütün Xəbərlər