Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB

Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO - YENİLƏNİB
06.08.2026 21:00 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.

TodayPress TV xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.

C. Bayramov V. Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.

Nazir, həmçinin Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.

TodayPress TV

xxx

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.

"Ukraynaya dəstəyə, enerji və humanitar yardıma və konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - deyə Zelenski bildirib.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər