XİN: Odessa sahillərində hücuma məruz qalan gəmidə 11 azərbaycanlı olub - TƏCİLİ

XİN: Odessa sahillərində hücuma məruz qalan gəmidə 11 azərbaycanlı olub - TƏCİLİ
15.07.2026 00:01 Xarici siyasət

Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin dron hücumuna məruz qalması barədə mətbuat məlumatı 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə TodayPress TV-yə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - bəyanatda bildirilib.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər