Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi

Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi
14.07.2026 11:16 Xarici siyasət

Slovakiya Prezidenti Azərbaycana təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

“Cənab Prezident, enerji böhranı başlayarkən operativ reaksiya verdiyinizə və Slovakiyaya qaz ehtiyatlarınızın bir hissəsini təqdim etməyə hazır olduğunuza görə Sizə və Azərbaycan dövlətinə təşəkkür edirəm. Bu, Ukrayna üzərindən qaz nəqlinin dayandırılmasından sonra yaranmış çatışmazlığın aradan qaldırılmasına mühüm töhfə verdi”, - Slovakiya Prezidenti qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər