Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir

Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir
31.07.2026 08:15 Xarici siyasət

"Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir.

TodayPress TV  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransında bildirib.

“Qarabağın bərpasına göstərdiyiniz dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Birlikdə Ağdam rayonunda açdığımız və "Manas" adını daşıyan məktəbdə artıq uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın növbəti rəmzidir. Demək istəyirəm ki, xalqlarımızın birliyi təkcə Qarabağ sakinləri tərəfindən deyil, bütün Azərbaycanda yüksək qiymətləndirilir. Qırğızıstan mədəniyyət günləri də bir daha göstərdi ki, mədəniyyətimiz nə qədər zəngindir və xalqlarımızın yaradıcılıq potensialını daha dolğun şəkildə üzə çıxaran belə tədbirlərə böyük ehtiyac var”, - deyə dövlət başçısı qeyd edib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər