Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi
27.07.2026 17:55 Xarici siyasət

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) "916" Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Milli Preventiv Qrupun üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmə zamanı barəsində müraciət edilən əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb, daha sonra Miqrasiya Nəzarəti Baş İdarəsində olan həmin şəxslə konfidensial görüş keçirilib. Görüş zamanı həmin şəxsin müraciəti dinlənilib, qaldırdığı məsələlər araşdırılıb, ona hüquq və vəzifələri izah olunub.

Başçəkmə çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində təmin olunub və o, müraciətinə göstərilən operativ reaksiyaya görə təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkə ərazisində olan hər bir şəxsin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş mandatı çərçivəsində fəaliyyət göstərir.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər