İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü

İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü
01.08.2026 18:00 Xarici siyasət

2026-cı il avqustun 1-də Bakı şəhərinin İçərişəhər ərazisində Vyetnam Günləri tədbiri keçirilmişdir.

TodayPress TV xəbər verir ki, tədbirdə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şövqi Mehdizadə ilə görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin, humanitar və mədəni əməkdaşlığın inkişaf perspektivləri, eləcə də ictimai təşkilatlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Tərəflər gələcəkdə birgə layihələrin və mədəni-humanitar təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışlar.

TodayPress TV

FOTOLAR

İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü — 1
İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü — 2
İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü — 3
XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər