Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi

Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
04.08.2026 09:13 Xarici siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüş TADİV-in Azərbaycanda təşkil etdiyi proqram çərçivəsində baş tutub.

Prezidentin köməkçisi media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb. Təxminən üç saat davam edən görüşdə o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb, Prezident

İlham Əliyevin Azərbaycan–Türkiyə qardaşlığına dair yanaşmasının iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər