Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.
TodayPress TV Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
Xatırladaq ki, Azərbaycan XİN başçısı bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.