BMT-də Bakı-Kiyev görüşü: Əsas mövzu bu oldu

BMT-də Bakı-Kiyev görüşü: Əsas mövzu bu oldu
23.09.2026 01:50 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Görüşdə ikitərəfli gündəlik, regional və beynəlxalq təhlükəsizlik mühitindəki vəziyyət, həmçinin sülh və sabitliyin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

Nazirlər cari geosiyasi proseslər, beynəlxalq hüquq prinsiplərinə riayət olunmasının vacibliyi və münaqişələrin həllində konstruktiv dialoqun rolu ətrafında fikir mübadiləsi aparıblar.

Təhlükəsizlik çağırışlarının həllində və davamlı sülhün təşviqində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər