"Beynəlxalq Humanistika İnstitutu" İB və TÜDİP nümayəndələri Türkiyə prezidenti ilə görüşdü

"Beynəlxalq Humanistika İnstitutu" İB və TÜDİP nümayəndələri Türkiyə prezidenti ilə görüşdü
06.11.2025 17:00 Xarici siyasət

Türkiyə Böyük Millət Məclisində (TBMM) Beynəlxalq Humanistika İnstitutu İctimai Birliyinin üzvləri ilə Türk Dünyası İş Qadınları Platformasının (TÜDİP) nümayəndələrinin birgə görüşü baş tutub.

TodayPress TV xəbər verir ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, Türk dünyasında humanitar, ictimai, elmi, mədəni və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə Türk dünyasının ortaq dəyərlərinin qorunması, qadınların ictimai və iqtisadi həyatda rolunun artırılması, beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsi, eləcə də gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə olunub.

Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından məhsuldar keçib. İştirakçılar Türk dünyasının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsi naminə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin və TÜDİP (Türk Dünyası İş Qadınları Platformu) nümayəndə heyətinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü olub.

TodayPress TV

FOTOLAR

"Beynəlxalq Humanistika İnstitutu" İB və TÜDİP nümayəndələri Türkiyə prezidenti ilə görüşdü — 1
XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər