Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu
Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.
Elxan Qəhrəman 2022-ci ilin 19 avqustunadək Azərbaycanın Küveytdəki səfiri olub.