Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu
28.07.2026 14:11 Xarici siyasət

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Qazaxıstana səfir təyin edilib.

Qeyd edək ki, A.Atamoğlanov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.

Ə.Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində çalışıb.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər