Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik

Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik
31.07.2026 08:10 Xarici siyasət

"Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransında bildirib.

“Qonaqpərvərliyə görə Sizə və nümayəndə heyətinin üzvlərinə təşəkkür edirəm. Mən bu gözəl məkanda ilk dəfə deyiləm. Öz təcrübəmə əsasən deyə bilərəm ki, Sizin rəhbərliyiniz altında təkcə bu regionda deyil, bütün ölkə üzrə həyata keçirilən inkişaf məni çox təsirləndirib.

İlk növbədə, Sizi və qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf sahəsində əldə olunan mühüm uğurlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq münasibətlərdə rolunun artması münasibətilə təbrik etmək istərdim.

Biz Sizin dostlarınız və qardaşlarınız olaraq hər zaman uğurlarınıza sevinirik. Fəaliyyətinizin nəticələri tikinti sektorunda, maliyyə sahəsində, dövlət büdcəsinin artımında aydın görünür. Bu isə xalqın və ölkənin rifahı naminə daha çox vəsait sərf etməyə imkan yaradır. Bütün bunlar bizdə böyük sevinc hissi doğurur. Çünki biz dost və qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurlarını öz uğurumuz kimi qiymətləndiririk ”, - deyə dövlət başçısı qeyd edib.


XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər