Növbəti hədəf Əfqanıstandır? - ANALİZ

Növbəti hədəf Əfqanıstandır? - ANALİZ
21.05.2025 13:43 Təhlil

“ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın əsas xarici siyasət doktrinası biznes maraqları üzərində qurulub. Yəni, təbii sərvətlərə çıxış əldə etmək məqsədilə müxtəlif ölkələrlə ya saziş imzalanır, ya da bu sərvətlərə birbaşa təzyiqlə sahib çıxmağa cəhd olunur”.

Qafqaz Tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Trampın bu siyasətinin nümunələrini həm Qrenlandiya ilə bağlı iddialarda, həm Ukraynaya qarşı təzyiqlərdə, həm də Latın Amerikasında, o cümlədən Panama ilə bağlı proseslərdə aydın şəkildə müşahidə etmək mümkündür. Əfqanıstan isə bu baxımdan sadəcə zəngin resurslara malik ölkə deyil, eyni zamanda böyük geosiyasi dəyər daşıyan, strateji məkanda yerləşən bir region aktorudur. 

“ABŞ-nin bu ölkədə daimi hərbi iştirakının məqsədi təkcə yerli resurslara nəzarət deyil. Əsas hədəf regionda nüfuz uğrunda mübarizə aparmaq, xüsusilə də Çinə, eləcə də Hindistana, İran və Orta Asiya ölkələrinə qarşı siyasi-ictimai təzyiq rıçaqları formalaşdırmaqdır”.

Analitikin fikrincə, Əfqanıstan prinsipial ölkədir. Onun coğrafi mövqeyi və daxili strukturuna görə heç bir xarici güc uzunmüddətli nəzarəti təmin edə bilmir. Əsrlər boyu Çin də, Britaniya da, SSRİ də bu ölkəyə sahib çıxmağa çalışıb. Amma nəticədə hər biri geri çəkilməyə məcbur qalıb. ABŞ-nin də taleyi bundan fərqli olmayacaq. 

“Bu gün Əfqanıstan qlobal güclər üçün yalnız resurs mənbəyi deyil, eyni zamanda bir-birinə qarşı istifadə olunan geosiyasi alətdir. Tarixi kontekstdə isə bu ölkə daim işğal cəhdləri ilə üzləşsə də, nəticə etibarilə öz kimliyini və müqavimət gücünü qoruyub saxlaya bilib. "Əfqanıstan kimindir?” sualını vermək doğru olmaz. Çünki buna tək cavab var: "Heç kimin”. Əfqanıstan yalnız öz xalqınındır. Amma böyük güclər üçün o, sadəcə vasitə, bölgədə üstünlük əldə etmək üçün əlverişli bir platformadır".

Qeyd edək ki, ABŞ, Rusiya və Çinin radarında olan Əfqanıstan təbii sərvətlərlə zəngindir. ABŞ Geoloji Xidməti və Pentaqonun hazırladığı hesabatlara görə, ölkənin yeraltı faydalı qazıntı ehtiyatlarının ümumi dəyəri təxminən bir trilyon dollar olaraq hesablanır.

Bu nəhəng potensial Əfqanıstanı təkcə geosiyasi münaqişə zonasına deyil, həm də təbii ehtiyatlar baxımından dünyanın ən strateji regionlarından birinə çevirir. Buna görə də ABŞ-nin “Baqram” bazasını yenidən geri almaqda iddialı olması, Çin və Rusiyanın isə Əfqanıstanla bağlı gizli planlar qurması heç də təsadüfi deyil.   

Töhfə Səməd

FOTOLAR

Növbəti hədəf Əfqanıstandır? - ANALİZ — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər