İlk fransız topları Ermənistanda - Nişangah Rusiyaya tuşlandı

İlk fransız topları Ermənistanda - Nişangah Rusiyaya tuşlandı
13.05.2026 15:24 Təhlil

Ermənistan Fransadan ilk SEZAR (CAESAR) özüyeriyən artilleriya sistemlərini alıb.


Bu, Parisin Cənubi Qafqazda qurmağa çalışdığı uzunmüddətli geosiyasi strategiyanın sadəcə görünən tərəfidir. 2023-cü ildə Qarabağda baş verən hadisələrdən sonra Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursunu sürətləndirməsi fonunda Fransa bu boşluğu doldurmağa çalışan əsas aktorlardan birinə çevrilib.

SEZAR nədir və niyə əhəmiyyətlidir?

SEZAR Fransanın KNDS şirkəti tərəfindən istehsal olunan 155 mm-lik yüksək mobilliyə malik özüyeriyən haubitsa sistemidir. Sistem yük maşını platforması üzərində qurulduğundan sürətli manevr, qısa müddətdə mövqe dəyişmək və avtomatlaşdırılmış atəş idarəetməsi kimi üstünlüklərə malikdir.

Eyni zamanda NATO standartlarına tam uyğunluğu onu müasir döyüş meydanında rəqabətqabiliyyətli platformaya çevirir. Xüsusilə qeyd edək ki, bu sistemin effektivliyi Rusiya Ukrayna müharibəsi  zamanı da diqqət çəkib.


Ermənistan 2024-cü ildə 36 ədəd SEZAR Mk1 alınması ilə bağlı müqavilə imzalayıb. İlk sistemlər artıq 2026-cı ilin may ayında Respublika Günü münasibətilə keçirilən hərbi parad hazırlıqları zamanı nümayiş etdirilib. Bu, Ermənistan ordusunun sovet və Rusiya istehsalı platformalardan NATO standartlı silah sistemlərinə keçidində həm simvolik, həm də praktiki əhəmiyyət daşıyan addımdır.

Fransanın Ermənistana dəstəyi yalnız "SEZAR"larla məhdudlaşmır. Paris artıq Ermənistana "Bastion" zirehli maşınları, GM200 hava müşahidə radarları, "Mistral" zenit-raket sistemləri və digər hərbi avadanlıqlar təqdim edib. Bununla yanaşı, birgə hərbi təlimlər, zabit hazırlığı proqramları və 2025-ci il üçün genişləndirilmiş müdafiə əməkdaşlığı sənədləri də imzalanıb.

Fransanın məqsədi nədir?

Bu addımlar təsadüfi görünmür...

İlk növbədə Rusiyanın təsirinin zəiflədilməsi.

2020-ci il müharibəsindən, xüsusilə də 2023-cü ildəki hadisələrdən sonra Ermənistan–Rusiya münasibətlərində ciddi çatlar yaranıb. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (KTMT) çərçivəsində təhlükəsizlik təminatlarına inam zəifləyib, Rusiyanın bölgədəki mövqeyi isə əvvəlki qədər sabit görünmür. Fransa bu geosiyasi boşluğu dolduraraq Ermənistanı Moskva mərkəzli təhlükəsizlik modelindən uzaqlaşdırmağa çalışır.


Paris Ermənistanın müdafiə sisteminin modernləşdirilməsində iştirak etməklə yanaşı, bölgədə öz siyasi nüfuzunu da gücləndirmək istəyir. Fransadakı güclü erməni diasporu da bu siyasətin formalaşmasında mühüm rol oynayır.

Fransa Cənubi Qafqazda addımlarını hiss etdirmək fikrindədir...

Paris  Azərbaycanla enerji və iqtisadi əlaqələrini qorusa da, Ermənistanla hərbi əməkdaşlığı genişləndirərək regionda Avropa təsirinin artırılmasına çalışır. Bu yanaşma daha geniş mənada BMT-nin  Cənubi Qafqaz strategiyasının tərkib hissəsi kimi  şərh oluna bilər. 

Bu proses regionda yeni gərginlik ocaqları yarada bilər. Azərbaycan və Türkiyə bu silahlanmanı regional balansı poza biləcək addım kimi qiymətləndirir və bunun silahlanma yarışını sürətləndirə biləcəyi barədə xəbərdarlıq edir. Rusiya isə Ermənistanın Qərbə meylini öz təsir dairəsindən uzaqlaşma kimi qəbul edir və ölkə daxilində siyasi təsirini bərpa etməyə çalışır. Putin bu yaxınlarda çox açıq tərzdə Ermənistana artıq seçim etməli və nəticələrinə razı olmalı olduqlarını diqtə etdi. 

Fransanın dəstəyi siyasi baxımdan mühüm olsa da, onun real hərbi zəmanətə çevriləcəyi hələ aydın deyil. Bundan əlavə, yüksək texnologiyalı sistemlərin istismarı, texniki xidməti, sursat təminatı və mövcud hərbi infrastruktura inteqrasiyası əlavə çətinliklər yarada bilər.

Bu kurs Ermənistan daxilində də birmənalı qarşılanmır. Ermənistanın sabiq prezidenti Robert Köçəryan Fransadan alınan silahların döyüş şəraitində praktiki tətbiqi ilə bağlı suallar qaldırıb. Onun fikrincə, artilleriya sisteminin texniki keyfiyyəti nə qədər yüksək olsa da, etibarlı logistika və davamlı sursat təminatı olmadan onun real döyüş dəyəri məhdudlaşa bilər.


Köçəryan etiraf edərək xatırladıb ki,  44 günlük müharibə zamanı Ermənistana silah və sursat çatdırılması baxımından əsas hava marşrutu yalnız İran üzərindən mümkün olmuşdu. Regional vəziyyətin dəyişməsi və İran ətrafında yaranan geosiyasi risklər gələcəkdə bu marşrutun da məhdudlaşmasına səbəb ola bilər. Bu baxımdan məsələ yalnız silah almaqdan deyil, həmin sistemlərin böhran şəraitində davamlı təminatından gedir.

Bir çox ekspertlər hesab edirlər ki, Fransadan alınan silahlar Ermənistan üçün həm hərbi modernləşmə, həm də geosiyasi istiqamət dəyişikliyinin göstəricisidir.  Görək Rusiya bu yaraqlanmaya hansı reaksiyanı verəcək...

Jalə Rövşən

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər