25 ildən sonra Ağ Evin QAPISI AÇILDI: “Görüş uğurlu nəticələnərsə…”

25 ildən sonra Ağ Evin QAPISI AÇILDI: “Görüş uğurlu nəticələnərsə…”
07.11.2025 17:51 Təhlil

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. Bu, Suriya liderinin Ağ Evə ilk səfəri olacaq. 

Ağ Evin sözçüsü Karoline Leavitt deyib ki, bu görüş prezidentin sülhə nail olmaq üçün bütün dünyada hər kəslə görüşmək üçün diplomatik səylərinin bir hissəsidir. 

Politoloq Fəqani Məhərrəmli planlaşdırılan görüşü TodayPress TV-yə şərh edib.


Onun sözlərinə görə, bu səfər bir sıra aspektlərdən mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir:

“Əhməd Əl Şaraa Ağ Evdə ABŞ Prezidenti ilə görüşən ilk Suriya lideri kimi tarixə düşəcək. Görüşün Yaxın Şərqdə hərbi-siyasi gərginliyin ən yüksək həddə çatdığı bir dövrdə baş tutması isə bu səfərin əhəmiyyətini daha da artırır. Suriya coğrafi mövqeyinə və tarixi roluna görə, İraq, Livan və Fələstinlə yanaşı, regionun ən strateji ölkələrindən biridir. 8 dekabr inqilabı və 61 illik BƏƏS rejiminin devrilməsi isə ölkəyə yeni imkanlar qazandırıb. Buna görə də Suriya Prezidentinin ABŞ səfəri uzun illər ərzində yığılıb qalmış bir çox məsələlərin həllini zəruri edir”.


Politoloq bildirib ki, Ağ Evdə keçiriləcək görüşdə Suriyanın və bütövlükdə regionun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir:

“Suriyada fəaliyyət göstərən PYD/YPG terror təşkilatının durumu, ölkənin cənubunda yaşayan dürzilərin problemləri, İsrail–Qəzza münaqişəsində Suriyanın mövqeyi, eləcə də enerji məsələləri müzakirə olunacaq. Bu görüş uğurlu nəticələnərsə, Suriyanın bütövlüyü və müstəqilliyinin qorunması baxımından çox mühüm tarixi nailiyyət olacaq”.


Qeyd edək ki, Tramp may ayında Səudiyyə Ərəbistanında Əhməd Əl Şara ilə görüşərək son 25 il ərzində Suriya lideri ilə danışıqlar aparan ilk ABŞ prezidenti olmuşdu. Həmin görüşdən sonra Tramp Suriyanı İsraillə münasibətləri normallaşdırmağa çağırmış və Əhməd Əl Şaranı “güclü keçmişi və döyüş ruhu”na görə tərifləmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər