"Heç vaxt bu qədər yağış görməmişdim" - Anar Quliyev
"Bakıda böyümüş bir insan kimi, mən may ayında heç vaxt bu qədər yağış görməmişdim".
TodayPress TV xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.
O bildirib ki, bu, təbii deyil, amma qarşılaşdığımız reallıqdır:
"Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq".