Hantavirus yoluxmaları artdı
"MV Hondius" kruiz gəmisində daha bir sərnişində karantin zamanı hantavirus simptomları aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, ümumilikdə 11 yoluxma halı qeydə alınıb. Bunlardan doqquzu təsdiqlənib, ikisi isə ehtimal olunan hal hesab edilir. Yoluxanlar arasında üç nəfər həyatını itirib.
Direktor qeyd edib ki, son təsdiqlənmiş yoluxma repatriasiya edilən sərnişinlərdən birində aşkarlanıb. Həmin şəxsin karantin dövründə simptomları yaranıb və hazırda ona tibbi yardım göstərilir.
Türkan İsgəndərli