Portuqaliya-Çili matçında Leao və Roman meydandan kənarlaşdırıldı - SƏBƏB

Portuqaliya-Çili matçında Leao və Roman meydandan kənarlaşdırıldı - SƏBƏB
07.06.2026 02:00 İdman

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Rafael Leao və Çili yığmasının müdafiəçisi İvan Roman yoldaşlıq oyunu zamanı meydandan kənarlaşdırılıblar.

TodayPress TV xəbər verir ki, birinci hissənin sonuna yaxın hər iki oyunçu qırmızı vərəqə alıb.

Lissabonda "Eştadiu Nasional du Jamor" stadionunda keçirilən oyun zamanı Leao Romanı bir neçə dəfə itələyib, daha sonra isə əli ilə onun üzünə vurub.

Portuqaliya yığması qarşıdan gələn 2026-cı il dünya çempionatına hazırlığı davam etdirir. Çili komandası dünya birinciliyinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək. Burada ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Portuqaliya yığması qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasına qarşı oynayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər