Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər.
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 7-də Londonda görüşməyi planlaşdırırlar.
BFMTV-nin məlumatına görə, görüşün əsas mövzularından biri Rusiya ilə mümkün danışıqlar olacaq.
Mənbələr bildirir ki, liderlər Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik həlli perspektivlərini müzakirə edəcəklər.