Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi
Siyasət
08.04.2026 12:11
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə görüşüb.
Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub.
Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.
Y.Rəfiyev Bancul şəhərinin meri xanım Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
tag: Azərbaycan ,Qambiya ,Yalçın Rəfiyev,Aliyu Lum,Todaypress.tv,
