Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi
08.04.2026 12:11 Xarici siyasət

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub.

Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Y.Rəfiyev Bancul şəhərinin meri xanım Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi — 1
Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi — 2
Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi — 3
Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi — 4
Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirildi — 5
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər