Avropada təbii qazın qiyməti 410 dollardan aşağı endi

Avropada təbii qazın qiyməti 410 dollardan aşağı endi
19.07.2025 13:50 Sənaye və energetika

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarından aşağı enib.

TodayPress TV xəbər verir ki, 18 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 405,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (412,4 dollar) ilə müqayisədə 1,6% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər