“Partlayan baş” sindromu: Qorxulu səslər, cərəyan...

Sağlamlıq

02.04.2026 19:45

Yatarkən qəfil partlayış və ya güllə səsi kimi səslər eşitmək “partlayan baş” sindromu ilə bağlı ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

Bildirilib ki, bu hal tibbdə parasomniya adlanır və yuxu ilə oyaqlıq arasındakı keçid zamanı yaranır. Bu zaman beyin real səs olmadan güclü səs illüziyası yaradır.

İnsanlar bu hissi:

— partlayış

— güllə səsi

— qapının çırpılması

— elektrik boşalması kimi təsvir edir

Bəzən bu vəziyyət işıq parıltısı və ya bədəndə cərəyan hissi ilə də müşayiət olunur.

Epizod adətən saniyənin bir hissəsi qədər davam edir və oyandıqdan sonra tam keçir. Əsas problem ağrı deyil, qəfil qorxu və ürək döyüntüsünün artmasıdır.

Alimlər hesab edir ki, bu hal beynin yuxuya keçid zamanı fəaliyyətində yaranan qısa müddətli pozuntu ilə bağlıdır. Bəzi hallarda isə bu, beyin kötüyünün aktivliyində dəyişikliklərlə əlaqələndirilir.

Statistikaya görə:

— insanların təxminən 30%-i həyatında ən az bir dəfə bunu yaşayır

— təxminən 10%-də isə mütəmadi baş verir

Bu sindrom daha çox:

— stress

— narahatlıq

— yuxusuzluq

— yorğunluq fonunda yaranır

Mütəxəssislər bildirir ki, bu vəziyyət təhlükəli deyil və xüsusi müalicə tələb etmir.

Lakin epizodlar tez-tez təkrarlanarsa və ya əlavə simptomlarla müşayiət olunarsa, həkimə müraciət etmək tövsiyə olunur.

Qiymət Mahir

tag: ,