"Hər ölkə bu vaksini istehsal edə bilməz" - AÇIQLAMA

"Hər ölkə bu vaksini istehsal edə bilməz" - AÇIQLAMA
08.04.2026 15:36 Sağlamlıq

Xərçəng xəstəliyi son dövrlərin əsas problemlərindən biridir. Təəssüf ki, müalicə üsullarında əhəmiyyətli irəliləyişlərə baxmayaraq, xəstəlik gec aşkar edildikdə, xəstələrin 5 illik sağ qalma nisbəti 40% -dən çox deyil. Bununla yanaşı xərclərin çox olması da müalicə edilməsində çətinliklər yaradır.

Həkim-terapevt Etibar Süleymanov TodayPress TV-yə açıqlamasında bildirib ki, ölkəmizdə İcbari tibbi sığorta sistemində dərmanlar və peyvəndlər təsdiqlənərsə, həmin dərmanlar artıq müvafiq yoxlamalardan keçmiş hesab olunur.


"Bununla belə, onların real effektivliyini yalnız tətbiq olunduqdan sonra müşahidə etmək mümkündür. Yəni peyvəndlərin istifadə edildiyi bölgələrdə nəticələrə baxaraq onların təsir gücünü və səviyyəsini qiymətləndirmək olar". 

Həkim əlavə edib ki, preparatların keyfiyyəti barədə qəti nəticəyə gəlmək üçün Səhiyyə Nazirliyi və TƏBİB-in laboratoriyalarında aparılan müstəqil yoxlamaların nəticələri əsas götürülməlidir:

"Keyfiyyəti barədə də qəti fikir söyləmək üçün laborator yoxlamaların nəticələrinə əsaslanmaq lazımdır. Bu cür yoxlamaları isə Səhiyyə Nazirliyi və ya TƏBİB-in müvafiq laboratoriyaları həyata keçirir. Buna görə də, hazırda bu peyvəndlər haqqında konkret və yekun fikir bildirmək çətindir".

Mütəxəssis həmçinin peyvənd istehsalının çətinliyinə toxunub və vurğulayıb ki, bu proses hər ölkənin bacardığı iş deyil:

"Ümumiyyətlə, belə vaksinlərin istehsalı hər ölkənin bacardığı bir proses deyil. Bu, yüksək texnologiya, dəqiq avadanlıqlar və xüsusi elmi yanaşma tələb etdiyinə görə yalnız müəyyən inkişaf etmiş ölkələr tərəfindən həyata keçirilir". 

Qeyd edək ki, Rusiyada hazırlanan xərçəng peyvəndləri ilə müalicə artıq icbari tibbi sığorta çərçivəsində pulsuz təmin ediləcək. Bu peyvəndlər əsasən fərdiləşdirilir və immun sistemini şişlərlə mübarizə aparmağa öyrətmək məqsədilə hər bir xəstəyə uyğun şəkildə hazırlanır.

Ölkəmizdə xərçəng xəstələri üçün bu xidmət aktiv deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər