Həkim-terapevt: “Məşqlərdən əvvəl tibbi müayinə mütləqdir”

Həkim-terapevt: “Məşqlərdən əvvəl tibbi müayinə mütləqdir”
01.10.2025 17:50 Sağlamlıq

"İdman məşqlərinə ilk dəfə başlayan hər kəs şikayəti olmasa da, əvvəlcə tibbi müayinədən keçməlidir". 

Bunu həkim-terapevt Etibar Süleymanov TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, sürətli idman növləri və kəskin hərəkətlər zamanı ürək-qandamar sisteminə daha çox yük düşür. Bu səbəbdən anadangəlmə ürək qüsurları, revmatik proseslər və digər xəstəlikləri olan şəxslərdə gizli problemlər üzə çıxa bilər:

"Adi halda heç bir şikayəti olmayan insan belə, fiziki yüklənmə zamanı narahatlıq yaşaya bilər. Buna görə də idman salonlarında sağlamlıq haqqında arayışın tələb olunması tamamilə doğrudur".

Həkim əlavə edib ki, hər yaş qrupunun idman rejimi fərqli olmalıdır. İlk dəfə məşqə başlayanlar birdən-birə ağır yüklənmədən çəkinməli, qısa müddətli və sadə hərəkətlərlə başlayaraq yüklənməni tədricən artırmalıdırlar. Belə ki, peşəkar idmançılar üçün gündə 4-6 saat məşq normal sayılsa da, yeni başlayanlar üçün bu, zərərlidir. Hərəkət aktivliyi asta-asta artırılmalıdır. İdmandan sonra təngnəfəslik, ürək nahiyəsində ağrı, halsızlıq və ya təzyiqin düşməsi müşahidə olunarsa, dərhal yenidən həkim müayinəsinə müraciət etmək lazımdır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Həkim-terapevt: “Məşqlərdən əvvəl tibbi müayinə mütləqdir” — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Bütün Xəbərlər