Böyük Britaniya Rusiyaya qarşı hərəkətə keçdi: Diplomat XİN-ə çağırıldı
Böyük Britaniya Xarici İşlər Nazirliyi Leypsiq hava limanında baş verən insidentlə bağlı Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Britaniya XİN-dən bildirilib ki, görüş zamanı rusiyalı diplomata insidentə görə ən sərt formada etiraz və qınaq ifadə olunub.
London hadisəni Moskvanın Avropanın kollektiv təhlükəsizliyini sarsıtmağa yönəlmiş “aydın silsilə cəhdlərinin” bir hissəsi kimi qiymətləndirib.
“Britaniya NATO və Avropadakı müttəfiqləri ilə birlikdə Rusiyanın düşmənçilik fəaliyyətlərini bütün səviyyələrdə ifşa etməyə davam edəcək”, - deyə nazirlikdən vurğulanıb.
Kübra Musayeva