İstanbulda terror əməliyyatı qanla bitdi – Şübhəli öldürüldü
İstanbulda terror aktı şübhəlisi polis əməliyyatı zamanı öldürülüb
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İstanbulun Sultanbəyli rayonunda terror aktı hazırlamaqda şübhəli bilinən 21 yaşlı şəxs əməliyyat zamanı polisə atəş açıb.
Polis əməkdaşlarının cavab atəşi nəticəsində şübhəli öldürülüb. Hadisə yerində olan bir vətəndaşın isə yaralandığı bildirilir.
Aysel Mətləb