Vaşinqton Kubanın yolunu kəsdi, ərzaq, dərman və enerji avadanlıqları yolda qaldı
Karib hövzəsi ölkəsinə aid enerji avadanlıqları ilə dolu konteynerlər Vaşinqtonun təzyiqi səbəbindən Kubaya çatdırıla bilmir.
TodayPress TV xəbər verir ki, bu barədə Karib hövzəsi ölkəsinin baş nazir müavini Oskar Peres-Oliva Kuba Xarici İşlər Nazirliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bildirib.
“ABŞ konteynerləri qanunsuz olaraq saxlayıb”, - deyə o vurğulayıb.
Rəsminin sözlərinə görə, ada üçün nəzərdə tutulan və özəl şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində də satın alınan yükləri daşıyan gəmilər hələ 2026-cı ilin may ayının ortalarında yola salınıb.
Nazir müavini vurğulayıb ki, Vaşinqtonun bu addımları beynəlxalq ticarətin bütün qaydalarına və Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir.
O, həmçinin konteynerlərdə müxtəlif yüklərin - ərzaq, dərman vasitələri və enerji avadanlıqlarının olduğunu bildirib?
“Vaşinqtonun təzyiqi əhalimizin ciddi ehtiyac duyduğu ərzaq və dərmanların çatdırılmasını mümkünsüz edib. Energetika sahəsində çətin vəziyyət yaşayırıq, çünki avadanlıqlarla dolu konteynerlər bizə çatdırıla bilmir.
Dərman çatışmazlığı və zəruri tibbi prosedurların həyata keçirilməsinin məhdudlaşdırılması səbəbindən insanlar ölür. Bu, blokadanın soyqırımı olduğunu bir daha sübut edir”.
Aysel Mətləb