Ayaq əzələləri demans riskini azalda bilər

Ayaq əzələləri demans riskini azalda bilər
12.06.2025 19:15 Sağlamlıq

Aparılan araşdırmalara görə, ayaq əzələlərinin güclü olması təkcə fiziki deyil, həm də zehni sağlamlıq üçün mühüm rol oynayır.

TodayPress TV xəbər verir ki, müntəzəm məşqlərlə ayaq gücünün qorunması, beyindəki hipokampal bölgənin həcminin artması ilə əlaqələndirilir. 

Bu isə demans və Alzheimer xəstəliyi kimi idrak pozuntuları riskini azalda bilər.

Tədqiqat nəticələrinə əsasən, ayaq gücü ilə beyin funksiyası arasında müsbət əlaqə mövcuddur. Beyindəki dəyişiklikləri öyrənmək üçün MRT texnologiyasından istifadə olunub və məşq edən şəxslərdə idrak qabiliyyətlərində yaxşılaşma müşahidə edilib.

Mütəxəssislər yaş artdıqca fiziki aktivliyin, xüsusilə də ayaq əzələlərinin gücləndirilməsinin, uzunmüddətli beyin sağlamlığı üçün vacib olduğunu vurğulayırlar.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər