5 məhsulu soyuducuda yox, dondurucuda saxlayın
Mütəxəssislər bəzi məhsulların qida dəyərinin qorunması üçün soyuducuda deyil, məhz dondurucuda saxlanılmalı olduğunu bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.
Qeyd edilib ki, ispanaq, noxud, qarğıdalı, avokado və böyürtkən vitamin və minerallarla olduqca zəngindir. Onlar toplanan kimi ən yüksək qida dəyərinə malik olur, lakin zaman keçdikcə tərkibindəki faydalı maddələr azalır.
Bu məhsullar dondurulduqda tərkibindəki qida maddələri qorunub saxlanılır və sağlamlıq üçün daha çox fayda verir. Bu üsul həm məhsulların ömrünü uzadır, həm də israfçılığın qarşısını alır.
Qiymət Mahir