Sevda Ələkbərzadə: “Ölüm haqdır, hamımızı gözləyir”
“Ölüm haqdır, hamımızı gözləyir, amma Cabirin anidən, bizi belə cavan tərk edəcəyi heç ağlıma gəlməzdi”.
Bu sözləri TodayPress TV – yə Cabir İmanovun dəfn mərasimdə iştirak edən Sevda Ələkbərzadə deyib.
“Bir şeyi anlayırsan ki, həyatda insana qalan elə onun insanlığı olur. Fərqi yoxdur, kim olursansa ol. Bundan başqa insana heç nə qalmır. Allah rəhmət etsin”, - o bildirib.
Xatırladaq ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarkdan dünyasını dəyişib.
Türkan İsgəndərli