Səlcuq dövrünə aid türbə tapıldı
Ani Abidə Kompleksində davam edən qazıntılar zamanı Səlcuq dövrünə məxsus yeni bir türbə tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media səhifəsində məlumat verib.
Anadolu ərazisindəki ilk Türk-İslam qəbiristanlığı olaraq qəbul edilən Ani Səlcuq Qəbiristanlığında üzə çıxarılan bu türbə, Anadoluda Türk-İslam dövrünə aid ilk türbə ola bilməsi ehtimalı ilə böyük əhəmiyyət daşıyır.
Ersoy sosial media hesabında paylaşdığı məlumatda Anadoluda Türk-İslam tarixinin izlərini araşdırmağa davam etdiklərini bildirib.
Aysel Mətləb