Məşhur yazıçı öldü

Məşhur yazıçı öldü
06.10.2025 17:12 Mədəniyyət

Britaniyalı məşhur yazıçı və jurnalist Cilli Kuper 88 yaşında dünyasını dəyişib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, Kuper oktyabrın 5-də səhər saatlarında vəfat edib.

Cilli Kuper "Riders", "Rivals", "Polo" və "Mount" kimi romanları ilə tanınırdı.

Qeyd edək ki, o, əsasən romantik və satirik üslubda yazırdı.

Onun əsərləri İngiltərə cəmiyyətində sinif fərqləri, ehtiras, o cümlədən intriqaları əks etdirirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər