Məşhur rok qrupunun gitaraçısı vəfat etdi

Məşhur rok qrupunun gitaraçısı vəfat etdi
19.10.2025 11:45 Mədəniyyət

Amerikalı rok qrupu “Limp Bizkit”-in gitaraçısı Sem Rivers 48 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə qrup öz “Instagram” səhifəsində paylaşım edib.

“Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə, bas gitarist deyildi, o, sehrin özü idi”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub. “Limp Bizkit”-in dünyada 40 milyon ədəddən çox albomu satılıb.

TodayPress TV


XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər