“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu
09.10.2025 14:27 Mədəniyyət

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif illərinə aid 60-dan çox əsər nümayiş olunur.

Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son dönəmlərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.    

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, pedaqoji fəaliyyətindən, unudulmaz xatirələrdən danışıblar. Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.

Daha sonra  tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, zəngin yaradıcılıq yolu keçmiş Arif Ələsgərov sənaye və qrafik dizayner, rəssam-qrafik və rəngkarlıq ustası kimi tanınır. Leninqradda V.İ. Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası) bitirdikdən sonra, 1970-ci illərdən başlayaraq Arif Ələsgərov həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda keçirilən sərgilərin daimi iştirakçısı olub. Bu gün onun əsərləri Azərbaycan və Rusiyanın muzeylərində, eləcə də  Polşa, Macarıstan, Yaponiya, Fransa, ABŞ, Böyük Britaniya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir – burada zaman sanki başqa cür axır, hər şey öz axarında, səssiz və dərin bir harmoniya içində davam edir.

Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edəcək. Bununla yanaşı, doğma Abşeronun təbiəti, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu Türkiyədə yaratdığı Kappadokiya, Trabzon kimi bölgələrdən ilhamlanmış mənzərələr də ekspozisiyanın mühüm hissəsini təşkil edir.

Sevgi mövzusu Arif Ələsgərovun palitrasında xüsusi yer tutur. “Görüş”, “Yeni evlənənlər”, “Aşiq samovarlar” kimi əsərlər bu mövzunu həm məcazi, həm də real çalarlarda təqdim edir. Həmmüəllifi olduğu “Fəhlə əlləri” və “Səadət” adlı monumental rəngkarlıq sahəsində yaradılmış mozaik pannoların fotoları isə tamaşaçıya rəssamın fərqli yaradıcılıq imkanlarını göstərir.

Ekspozisiyada yer alan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid qurama və samovarlar rəssamın xalqın milli ruhunu ifadə edən əsərləri ilə xüsusi ahəng yaradır. 

Arif Ələsgərovun məşhur tabloları sırasında olan “Pəhləvan” əsərinin həm ənənəvi, həm də vizuallaşdırılmış təqdimatda-animasiya formasında nümayişi sərginin digər maraqlı hissələrindəndir.

Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

TodayPress TV

FOTOLAR

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 1
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 2
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 3
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 4
XƏBƏR LENTİ
05 IYUN 2026
Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 Bütün Xəbərlər