Cəlilabadda yerləşən tarixi abidələrə məlumat lövhələri vuruldu

Cəlilabadda yerləşən tarixi abidələrə məlumat lövhələri vuruldu
15.09.2025 20:50 Mədəniyyət

Cəlilabad rayonu ərazisində yerləşən tarixi abidələrə məlumat lövhələri vurulub.

TodayPress TV-nin məlumatına görə, bu işlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb.

Belə ki, məlumat lövhələri 1890-ci ilə aid Su kəməri, orta əsrlərə aid Nadirtəpə yaşayış yeri, 19-cu əsrə aid Məscid, eneolit dövrünə aid Xudutəpə yaşayış yeri tarixi abidələrinə vurulub. 

Qeyd edək ki, bu tarixi abidələrdən üçü ölkə əhəmiyyətli, biri isə yerli əhəmiyyətlidir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər