Cabir İmanovun vida mərasiminin yeri məlum oldu
Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.