Planetin “ağciyərləri” tükənir - Meşələr istiləşməyə qarşı mübarizədə gücünü itirdi
Bütün dünyada meşələr qlobal istiləşməyə qarşı əsas sipər rolunu sürətlə itirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, tədqiqatçılar 1993–2022-ci illər üzrə peyk məlumatlarını və Yer biosferinin 16 qlobal modelinin göstəricilərini təhlil ediblər.
İqlim dəyişiklikləri fonunda ekosistemlər karbon qazını onu udmağa çatdırdıqlarından daha sürətlə atmosferə buraxırlar.
Məlum olub ki, daha uzun vegetasiya mövsümü və havada CO2 konsentrasiyasının artması sayəsində qazın maksimum udulması yüksəlib. Lakin bununla paralel olaraq karbonun maksimal emissiyası - bitkilərin və torpağın topladığı elementləri yenidən atmosferə qaytardığı proses də kəskin artıb. Nəticədə bu güclü artım meşələrin saxlaya biləcəyi karbon həcminin ümumi artımının 44 faizini neytrallaşdırıb.
“Yalnız udulmanın artımını nəzərə alıb, emissiyaların paralel kəskin yüksəlişini diqqətdən kənarda saxladıqda, karbon qazının gübrələyici təsirinin faydası ciddi şəkildə şişirdilə bilər”, - deyə tədqiqat müəllifləri qeyd ediblər.
Aysel Mətləb