Bakıda orta illik inflyasiya 7%-ə yaxın olub

Bakıda orta illik inflyasiya 7%-ə yaxın olub
26.08.2025 13:40 Maliyyə

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-qida məhsulları üzrə 105,3 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika İdarəsindən TodayPress TV-yə verilən məlumata görə, bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, cari ilin I yarımilində Bakıda orta illik inflyasiya 7% idi.

Xatırladaq ki, Azərbaycanda istehlak qiymətləri indeksi cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər