ASCO istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirdi

ASCO istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirdi
15.08.2025 10:15 Maliyyə

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 23 fevral 2024-cü ildə 5 il müddətinə dövriyyəyə buraxdığı istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, istiqraz sahiblərinin hesablarına 1,5 milyon ABŞ dolları köçürülüb.

İstiqrazların ümumi dəyəri 50 milyon ABŞ dollarıdır. Bunlar, illik gəlirliliyi 6 % təşkil edən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 min istiqrazdır. Faizlər 6 aydan bir ödənilir.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər